Ağdaşda karate müəllimini qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Gündəm 21 Fevral 2019 15:49 Oxunub 698
Ağdaşda karate müəllimini qətlə yetirən şəxsin məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin baxış iclası fevralın 25-nə təyin edilib

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaşda karate müəllimini qətlə yetirməkdə təqsirləndirilən Hüseyn İbadovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 9-da Ağdaş rayonu ərazisindəki qəbiristanlıqda baş verib. H.İbadov pul üstündə tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib.

Xatırladaq ki, N.İsmayılov karate üzrə müəllim və məşqçi olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh