Azərbaycanda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 31 yaralı - FOTO - VİDEO

Qəzalar 21 Fevral 2019 18:52 Oxunub 1085
Azərbaycanda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 31 yaralı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb

Sumqayıtda marşrut avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z. Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı müntəzəm xətt marşrutu minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, hazırda 10-a yaxın xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh