Sərhəddi pozan 5 nəfər Şri-Lanka vətəndaşı həbs olunub - FOTO

Gündəm 21 Fevral 2019 19:30 Oxunub 713
Sərhəddi pozan 5 nəfər Şri-Lanka vətəndaşı həbs olunub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət işi üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir

Dövlət Sərhəd Xidməti (DSX) 5 nə­fər Şri-Lanka vətəndaşının Azərbaycanın dövlət sərhədini pozmasının qar­şısını alıb.  DSX-nin Mətbuat mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 17-də Xid­mətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycandan İrana keçmə­yə cəhd edərkən Şri-Lanka vətəndaşları - 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Ronik­san, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il tə­vəl­­lüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mo­hanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxslərin 2018-ci ilin dekabrın 16-da rəsmi qay­dada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbay­cana gəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İran İs­lam Respub­likasına, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər.

Sərhəd pozucuları barəsində cinayət işi başlanılıb və barə­lərində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh