20 yaşlı gənci öldürən şəxsin məhkəməsi başlayıb

Gündəm 21 Fevral 2019 19:53 Oxunub 605
20 yaşlı gənci öldürən şəxsin məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin baxış iclası martın 4-nə təyin edilib

Gəncə Ağır Cinayətlər Məhkəməsi qətl hadisəsi törətməkdə təqsirləndirilən Bahadur Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçıraraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu A.İsayevin boğazını kəsərək qətlə yetirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh