Ford "qaynar" Focus ST modelini təqdim edib - FOTO

Avtodünya 22 Fevral 2019 08:48 Oxunub 1695
Ford "qaynar" Focus ST modelini təqdim edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin klirensi 10 millimetr azaldılıb

Ford şirkəti yeni nəsil “qaynar” Focus ST modeli barədə məlumatı dərc edib. “Qaynar” model hetçbek və universal kuzovları, həmçinin benzin və dizel mühərrikləri ilə təklif ediləcəkdir. Ford Focus ST modellərinin Avropadakı satışlarına bu ilin yayında başlanacaqdır.

Yeni Ford Focus modeli kimi ST modifikasiyası da yüngülləşdirilmiş və daha sərt konstruksiyası olan C2 platformasında inşa edilib. Avtomobil yüklənmədən asılı olaraq sərtliyini dəyişən bərkitmə oymaqları olan müstəqil çoxqollu SLA arxa asqısı ilə təchiz edilir. Focus ST modelində hərəkətin xarakterindən asılı olaraq hər iki millisaniyədən bir dempfirləmə səviyyəsini  tənzimləyən adaptiv CCD amortizatorları da quraşdırılır. Bundan başqa, avtomobilin klirensi 10 millimetr azaldılıbdır.

 

Ford Focus ST 280 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,3-litrlik benzin EcoBoost, həmçinin 190 at qüvvəsi və 400 Nm fırlanma anına malik olan 2,0-litrlik EcoBlue dizael aqreqatı ilə təchiz edilir. Benzin mühərriki optimallaşdırılmış interkulerə, əks təzyiqi azaldan unikal giriş və çıxış sisteminə sahib olub. Aqreqat altı pilləli mexaniki və ya yeddi diapazonlu Adaptive Shift Scheduling avtomatlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Dizel mühərriki isə yalnız mexaniki ötürmələr qutusu ilə təklif ediləcəkdir.

Benzin mühərrikinə malik olan avtomobillər elektronika idarələnən eLSD yüksək sürtünməli differensiala da malik olacaqdırlar. Dizel modifikasiya isə, döngələrdə daxili təkərləri yavaşladan dartma vektoruna nəzarət funksiyası ilə təchiz ediləcəkdir. Bundan başqa, St modelinin elektrik sükan gücləndiricisi adi modeldən fərqli olara 15% daha iti olacaqdır. Hərəkət rejimlərinin seçilməsi selektoru isə üç standart və bir opsonal profilə malik olacaqdır: adi, sürüşkən yol üçün, idman və trek. Sonuncu Performance dəstinə malik olan avtomobillər üçün əlçatandır.

Ford Focus ST modelinin təchizatına 4,2-düymlük rəqəmsal cihazlar paneli, səkkiz düymlük displeyi olan multimedia sistemi, adaptiv fənərlər, dinamik kruiz-kontrol, parkinq etmək və maneələri yandan keçməkdə yardımçı olan aktiv köməkçi, həmçinin dəri və Miko Dinamica materialı ilə tərtib edilmiş salon daxildir.Opsiyalar siyahısına proyeksiya displeyi, 18 və 19 düymlük təkər diskləri daxildir. (Autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh