Avtobus sürücülərinin dollarla cərimələnməsi təklif edildi - FOTO

Xəbərlər 8 Mart 2015 01:33 Oxunub 1911
Avtobus sürücülərinin dollarla cərimələnməsi təklif edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda qanunlara əməl etməyən sürücülər müzakirəyə çıxarılıb

Avtosfer.az-ın məlumatına görə, ANS-in efirində gedən "Şəbəkə" verilişinin "Facebook" səhifəsində Bakıda qanunlara əməl etməyən avtobus sürücüləri müzakirəyə çıxarılıb. Avtobus sürücülərinin iş başında telefonla danışdığı və siqaret çəkdiyini özündə əks etdirən fotoya çoxsaylı şərhlər yazılıb. Səhifənin yazdığı şərhdə deyilir: "Onlar hər gün 100-lərlə vətəndaşı müxtəlif yerlərə daşıyırlar. Əllərindən siqaret, qulaqlarından isə telefon heç vaxt əskik olmur. Aidiyyatı qurumlar avtobuslara kameralar da yerləşdirdi ki, bəlkə lentə alındıqlarını bilib, bunlardan imtina edərlər. Amma xeyri yoxdur. Onlar cərimə ödəməyə razıdı, amma qanunlara riayət etməyə yox. Onları siqaret və telefondan yayındırmağın hansı yolunu təklif edirsiniz? Bunun çarəsi nədir?".

Səhifənin istifadəçiləri avtobus sürücülərinin bu qanunsuzluqlarını sərt tənqid ediblər və hətta onların manatla deyil, dollarla cərimələnməsini təklif ediblər...

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh