Vurduğu piyadanı yolda düşürərək qaçan sürücü - Məhkəmə qarşısında

Qaydalar 23 Fevral 2019 16:55 Oxunub 1446
Vurduğu piyadanı yolda düşürərək qaçan sürücü - Məhkəmə qarşısında
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun məhkəmə istintaqı başa çatıb

Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. "Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Süleyman Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini, 18 yaşlı İntiqam Məmmədov vurulub. Sabunçu rayon Polis idarəsi (RPİ) əməkdaşlarının keçidikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədərək olay yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini E.Əliyev saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, qəzadan sonra sürücü piyadanı hadisə şahidlərinin köməkliyi ilə idarə etdiyi avtomobilə mindirib və onu xəstəxanaya aparacağını bildirib. Amma sürücü hadisə yerindən bir neçə yüz metr kənarlaşandan sonra piyadanı maşından düşürüb. Daha sonra isə E.Əliyev huşu özündə olmayan zərərçəkəni köməksiz vəziyyətdə yol kənarına ataraq oradan uzaqlaşıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh