Erik Bulye Formula 1 Fransa Qran-Prisinin təşkilatçılarının tərkibinə daxil edilib

Yarışma 23 Fevral 2019 21:25 Oxunub 1341
Erik Bulye Formula 1 Fransa Qran-Prisinin təşkilatçılarının tərkibinə daxil edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Komanda həmin illərdə pilot Kimi Raykkonenin səyi ilə iki Qran-Pri qazanıb

“McLaren” komandasının sabiq idman direktoru və “Renault/Lotus”un rəhbəri olmuş Erik Bulye Formula 1 yarışlarının Fransa Qran-Pri mərhələsinin təşkilatçılar komandasında vəzifə alıb.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Bulye yürüşlərin səfiri qismində çalışacaq, həm də idman və strateji müşavir vəzifələrini icra edəcəkdir. “Fransa Qran-Prisi mənim üçün böyük əhəmiyyət daşıyır və bu iri avtomobil idmanı tədbirinə öz töhfəmi vermək fürsətini səbirsizliklə gözləyirəm”, - deyə E.Bulye bildirib. 45 yaşlı Bulye 2010-cu ildən “Renault/Lotus” komandasının rəhbəri vəzifəsində çalışıb. Komanda həmin illərdə pilot Kimi Raykkonenin səyi ilə iki Qran-Pri qazanıb. 2014-cü ildə “McLaren”in başçısı olan Erik ötən ilin iyulunda - mövsümə uğursuz başlayan Böyük Britaniya komandasının rəhbərlikdə dəyişikliklər aparması nəticəsində vəzifəsindən ayrılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh