Alfa Romeo yeni yığcam krossover hazırlayıb

Avtodünya 24 Fevral 2019 08:50 Oxunub 1211
Alfa Romeo yeni yığcam krossover hazırlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hibrit qurğusu daxil edilə bilər

Şayiələrə görə, Alfa Romeo markası Cenevrə avtosalonunda italyan istehsalçsının model xəttində Stelvio modelindən bir pillə aşağıda qərarlaşacaq yığcam krossoveri nümayiş etdirməyə hazırlaşır.

Yeni krossoverin hansı platformada inşa edildiyi barədə məlumatlar müxtəlifdir. Müxtəlif mənbələr yığcam krossoverin Giorgio platformasını qısaldılmış variantında inşa ediləcəyini idiia edirlər. Bu platformada Giulia və Stelvio modelləri inşa edilibdir. Digər mənbələr isə, model üçün Jeep Renegade və Fiat 500X avtomobillərinin SCCS platformasının istifadə ediləcəyini bildirirlər. Sonunci halda krossover standart olaraq öndənçəkişli olmalıdır.

Krossoverin mühərrik çeşidinə 2,0-litrlik dörd silindrli benzin mühərrikin və hibrid güc qurğusunun daxil ediləcəyi ehtimal olunur. Model üçüncü səviyyə avtonom idarəetmə sistemi ilə də təchiz edilə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh