"Smaylik"li avtomobil nömrələrinin istifadəsinə icazə verildi

Yeniliklər 24 Fevral 2019 10:32 Oxunub 1546
"Smaylik"li avtomobil nömrələrinin istifadəsinə icazə verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni avtomobil nömrələrində "smaylik"lərin yalnız beş növünə icazə verilib

Avstraliyanın ştatlarından birində "smaylik"li avtomobil nömrələrinin istifadəsinə icazə verilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "Kommersant.tu"ya istinadən xəbər verir. Bildirilir ki, martın 1-dən Avstraliyanın Kvinslend ştatının sakinləri öz avtomobillərinin nömrə nişanlarına emosiya işarələrini əlavə edə biləcəklər. "Personalised Plates Queensland" (PPQ) dövlət şirkətindən bildirilib ki, köhnə nömrənin dəyişikliyi üçün yenilik ştat sakinlərinə 85 dollara başa gələcək. Yeni qeydiyyat nişanları üçün bu rəqəm 475 dollara qədər artacaq. Yeni avtomobil nömrələrində "smaylik"lərin yalnız beş növünə icazə verilib. Bunlar gülümsəyən, göz vuran, aşiq, gün eynəkləri və gülüşdən kövrələn emosiyalardır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh