İndoneziya “MotoGP” yarışına ev sahibliyi edəcək

Yarışma 24 Fevral 2019 10:45 Oxunub 1384
İndoneziya “MotoGP” yarışına ev sahibliyi edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çempionatadək 150 min tamaşaçı tutumuna malik arena istifadəyə veriləcək

2021-ci ildə “MotoGP” dünya çempionatı İndoneziyada keçiriləcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ölkənin ən çox turist qəbul edən bölgələrindən biri olan Lombok adası motosiklet dünyasının ən əhəmiyyətli yarışı - “MotoGP” dünya çempionatının 2021-ci il mövsümünə ev sahibliyi edəcək.

İndoneziya Turizm İnkişaf Agentliyi (İTDC) və “MotoGP” təşkilatçısı “Dorna Sports” 2021-2023-cü illərdə “MotoGP” yarışlarının İndoneziyada keçirilməsi barədə müqavilə imzalayıblar.

İTDC-nin direktoru Abdulbar M. Mansur mətbuata açıqlamasında bildirib ki, yarışın hazırlıqları sentyabr ayında başlayacaq. Çempionatadək 150 min tamaşaçı tutumuna malik arena istifadəyə veriləcək. O qeyd edib ki, 4320 metr uzunluğundakı yarış trası 18 döngədən ibarət olacaq.

Qeyd edək ki, sonuncu dəfə İndoneziyada “MotoGP” yarışları 1996 və 1997-ci illərdə Javanese adasının Boqor bölgəsində keçirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh