Daha bir bahalı nömrə bir neçə avtomobilin üzərində - FOTOLAR

Avtoxəbər 13 Mart 2015 11:01 Oxunub 5390
Daha bir bahalı nömrə bir neçə avtomobilin üzərində - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda 10 UO 002 dövlət nömrə nişanı 4 avtomobilin üzərindədir

Son vaxtlar bahalı avtomobil nömrələrinin müxtəlif markalı avtomobillərin üzərində olması ilə bağlı faktlar üzə çıxmaqdadır. Avtosfer.az saytı da bir neçə belə məsələni gündəmə gətirib. Düzdür, hər dəfə Dövlət Yol Polisi açıqlama verir ki, həmin nömrələr ayrı-ayrı vaxtlarda müxtəlif maşınların üzərində olub və bu da qanunazidd deyil. Lakin heç vaxt dəqiq tarixlər açıqlanmayıb ki, həqiqətən də bir nömrənin eyni vaxtda deyil, ayrı-ayrı vaxtlarda müxtəlif markalı maşınlarda olmasına cəmiyyət inansın.

Bu gün araşdırma apardıqda belə faktları gün işığına çıxarmaq mümkündür ki, iki qardaş bir nömrəni ayrı-ayrı maşının üzərinə vurub Bakıda «at oynadır». Özü də, hər maşının üzərində nömrənin bir nüsxəsi olur. 

Bu dəfə Avtosfer.az saytı 10 UO 002 dövlət nömrə nişanının müxtəlif modeldən olan avtomobillərin üzərində olması ilə bağlı fotolar əldə edib. Facebook sosial şəbəkəsində Həsən Həsənov adlı şəxs bu avtomobillərin fotolarını paylaşıb. Fotolardan da məlum olur ki, 10 UO 002 dövlət nömrə nişanı ağ və qara rəngli «Mersedes S-Class» markalı avtomobillərin, ağ rəngli «Mersedes-Galendewagen»in, həmçinin, «Cadellac» markalı avtomobilin üzərində olub. Görək, yol polisi bu dəfə hansı açıqlama ilə çıxış edəcək…

 

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh