Avtomobili "moyka"ya aparmağa ehtiyac qalmadı – VİDEO

Səyyar avtoyuma məntəqəsində avtomobilin yuyulma qiyməti 15 manatla 190 manat arasında dəyişir. Buna səbəb isə bu məntəqənin səyyar olmasıdır. Yəni olduğunuz yeri deyirsiniz və onlar gəlib elə yerindəcə maşını yuyurlar. Üstəlik, bu zaman istifadə edilən su da ətrafa dağılmır.
Avtosfer.az-ın məlumatına görə, istədiyiniz yerə gəlib avtomobili xüsusi çadıra salıb yuyurlar, su ətrafa dağılmır və toplanan çirkli suyu da yığıb aparırlar.
Avtomobili avtoyuma məntəqəsinə aparmağa ehtiyac yoxdur. Artıq avtoyuma məntəqəsi müştərinin ayağına gəlir. Amma bunun üçün gərək sürücünün ''əli cibində olsun''. Burada avtomobili yuduzdurmağın qiyməti 15 manatla 190 manat arasında dəyişir. Sifarişlərin sayı isə hər keçən gün artır.
Səyyar avtoyuma məntəqəsinin içində təmiz və çirkli su çəni, işıq generatoru və digər lazımi təmizləmə vasitələri var. Yəni müştəridən ödənişdən başqa heç nə tələb edilmir. Belə bir avtomobilin hazırlanması isə 40 min manata baş gəlib. Çalışanların sözlərinə görə, bu xidmətdən əsasən bahalı avtomobillərin sürücüləri istifadə edir və ən çox sifarişlər şəhər ətrafı ərazilərə, bağlara olur.
Bu xidmətə tələb çox olduğundan artıq 2-ci səyyar avtoyuma məntəqəsinin hazırlanması planlaşdırılır.
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO












