"Audi" Cenevrəyə yeni qoşulan hibridləri gətirəcək - FOTO

Avtodünya 26 Fevral 2019 08:29 Oxunub 1333
"Audi" Cenevrəyə yeni qoşulan hibridləri gətirəcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dinamik xüsusiyyətləri artırılmasına xidmət göstərən tənzimləmələrə malik olacaq

Audi şirkəti bir neçə gündən sonra işinə başlayacaq Cenevrə avtosalonunda Q5, A6, A7 və A8 modellərinin qoşulan hibrid (PHEV) modifikasiyalarını təqdim edəcəkdir. “TFSI e” indeksinə sahib olmüş modifikasiyalar avtomobillərin batareyalarını məişət elektrik şəbəkəsindən, həmçinin elektromobillər üçün nəzərdə tutulmuş xüsusi elektrik yükləmə stansiyalarında doldurmaq imkanına malik olublar.

Qeyd etmək lazımdır ki, hibridlər iki variantda “comfort” və “sport” təchizat səviyyələrində təklif ediləcəkdirlər. Bu variantlar avadanlıq siyahısı və xarakteristikaları ilə fərqlənəcəkdirlər. Məsələn, “sport” indeksli avtomobillərin xarakteristikaları daha idmanyönümlü olacaqdır. Sonuncu S line dəstinə, daha sərt asqıya və dinamik xüsusiyyətləri artırılmasına xidmət göstərən tənzimləmələrə malik olacaqdır.

Beləliklə, qoşulan hibridlərin sihahısını bayraqdar modeli olan A8 sedanı açır. Audi A8 L 60 TFSI e Quattro modeli 3,0-litrlik V6 benzin mühərriki, səkkiz diapazonlu Tiptronic qutusu, sinxron elektromotor və 14,1 kilovat-saatlıq litium-ion batareyası ilə təklif edilir. Hibrid qurğunun ümumi hasilatı 443 at qüvvəsi və 699 Nm fırlanma anıdır. Bayraqdar sedan sırf elektrik ötürməsi ilə 40 kilometr qət edə bilər.

Audi A8 hibridi 400 at qüvvəsinin üzərində gücə malik olsa da, Audi Q5 50 TFSI e comfort, A6 TFSI e comfort və A7 Sportback TFSI e comfort modellərinin güc aqreqatları 295 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edir. Digər tərəfdən bu modellərin 55 TFSI e modifikasiyaları 363 at qüvvəsinə və 500 Nm fırlanma anına malikdirlər.Bu trio da A8 modeli kimi elektrik ötürməsi ilə 40 kilometr məsafə qət edə bilər. Bu modellərin güc aqreqatları A8 modelindəkinə bənzərdir. Yeganə fərq transmissiyanın S tronic “robotu” olmasıdır.

Bundan başqa, hər dörd model kinetic enerjinin rekuperasiyası sistemi ilə təchiz ediləcəkdir. Bu sistem e-tron modelində əldə edilmiş təcrübədən istifadə olunaraq hazırlanmışdır. Rekuperasiya sistemi 80 kilovat enerjini bərpa etmək iqtidarındadır. Rəvan yavaşlama zamanı yalnız elektromotor çalışır, orta yavaşlama zamanı əyləcləmə gücü elektromotor və hidravlik sistem arasında paylanır.İntnesiv əyləcləmər zamanı 0,4 g yüklənməsindən sonra isə yalnız hidravlik sistem çalışır.

Hibrid modellərin idarəetmə elektronikası üç hərəkət rejiminə malik olacaqdırlar: EV, Auto və Hold. Adından da göründüyü kimi, ilk rejim tamamilə elektrik ötürməsi ilə hərəkəti nəzərdə tutur. İkinci rejimdə, intellektual sistem maksimal effektivliyə nail olunması üçün, elektrik və daxili yanacaq mühərriklərinin optimal şəkildə çalışmasını təmin edəcəkdir. Nəhayət, üçüncü Hold rejimi batareyaların enerji tutumunu bərpa etməyə xidmət edir.

Audi şirkəti yeni modifikasiyaların qiymətini açıqlamasa da, onların bu il satışa çıxarılacağını bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh