Bu robot alaq otlarını məhv edir - VİDEO

Maraqlı 26 Fevral 2019 09:05 Oxunub 1136
Bu robot alaq otlarını məhv edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Nassella trichotoma" adlı alaq otlarını dəqiq tanıyır

Avstraliyalı mühəndislər tərəfindən təqdim edilmiş "SwagBot" adlı kənd təsərrüfatı robotu kompüter görmə texnologiyasının köməyi ilə özü alaq otlarını tanıya və onları herbisidlərlə çiləyə bilər.
 
Avtosfer.Az ICTnews-a istinadən bildirir ki, "SwagBot" kənd təsərrüfatı robotu 2016-cı ildən istifadə edilir, yenilənmiş qurğu özü alaq otlarını məhv edə bilir. "SwagBot" robotunun tanıdığı alaq otlarının sayı barədə dəqiq məlumat yoxdur. Qurğunun təsvirində deyilir ki, alqoritm Cənubi Amerikada olan "Nassella trichotoma" adlı alaq otlarını dəqiq tanıyır.
 
"SwagBot" robotu uzun fırlanan təkərləri olan düzbucaqlı formasında hazırlanıb. Qurğu lidar, kamera və idarə sisteminə malik antena ilə təchiz edilib. Bundan başqa, mərkəzi hissənin altında herbisid tozlandırıcısından ibarət balon yerləşir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh