“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün tribunaların quraşdırılmasına start verilib

Yarışma 27 Fevral 2019 22:45 Oxunub 1426
“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün tribunaların quraşdırılmasına start verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmçinin ayaqüstü zonalar üçün də bilet satışı həyata keçirilir

“Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran-prisi üçün tribunaların quraşdırılmasına start verilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) bildirilib. İlk olaraq “Abşeron” və “Xəzər” tribunalarının quraşdırılmasına başlanılıb. BŞH-də ümumilikdə 9 tribuna var. Bunlar “Abşeron”, “Azneft, “Muğam”, “Sahil”, “İçərişəhər”, “Qız Qalası”, “Bulvar”, “Xəzər” və “Filarmoniya” tribunalarıdır. Həmçinin ayaqüstü zonalar üçün də bilet satışı həyata keçirilir.

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 26 - 28 apreldə olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh