"Standard Insurance"nin "standartı" - pulu müştəriyə "kreditlə" ödəyirlər?

Xəbərlər 27 Fevral 2019 16:01 Oxunub 1929
"Standard Insurance"nin "standartı" - pulu müştəriyə "kreditlə" ödəyirlər?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Jurnalist insanlara seçim edərkən diqqətli olmağı tövsiyyə edib

Avtosfer.az saytının redaktoru, jurnalist Orxan Əlinin "Standard Insurance" sığorta şirkəti ilə olan problemi hələ də həllini tapmayıb. Bu barədə açıqlama verən Orxan Əli deyir ki, ötən həftənin cümə günü məsələ mətbuatda işıqlandırılandan sonra şirkətdən ona zəng edilib. Bildirib ki, 2305 manat məbləğdən 305 manatı hesaba köçürülüb. Qalan məbləğin isə hissə-hissə ödənəcəyi bildirilib. 


Üzrü qəbahətindən böyük...


26 fevral tarixində sığorta şirkətindən yenidən zəng ediblər. "Hörmətli müştəri sizə bu gün 500 manat da ödəniləcəkdi. Amma bank ilə problem yarandığı üçün ödəniş bir gün gecikəcək. Üzr istəyirik."
Jurnalist deyir ki, pulun tam məbləğdə nə zaman ödəniləcəyini soruşanda həftənin sonuna kimi hissə-hissə ödəniləcəyi bildirilib. 

Yavaş-yavaş ödəyirlər...


"Gecikən 500 manatın üstünə 500-də qoyub bu gün hesaba ödənəcəyi deyildi. Qaldı 1000 manat. Başa düşmürəm bu nə sistemdir, bu nə standartdır? Müştəriyə pulu kreditlə ödəyirlər bəyəm? Belə çıxır ki, mən borc götürüb pul ödəməsəydim avtomobilim hazır vəziyyətə servisdə gözləyəcəkdi." 
Jurnalist deyir ki, bu sığorta şirkəti ilə müqavilə bağlamaq istəyənlər bir daha düşünsünlər. "Düzü bu baş verənlərdən sonra tövsiyyə edərdim ki, "Standard" sığortanın bu "qaydaları" barədə tanış olsunlar ki, sonradan zəhmətə düşməsinlər. Yoxsa sizin də məbləği kreditə salacaqlar." 


Orxan Əli deyir ki, bir neçə gün ərzində ona həmin sığorta şirkəti ilə bağlı müraciətlər də olub. "Sosial şəbəkələrdə mənə insanlar yazır ki, eyni problemlə üz-üzə qalıblar. Şirkət onların da pulunu ödəmir. Düşünürəm ki, təkcə mənim məsələm həll olunmaqla bu iş bitməz. Ya birdəfəlik insanları narazı salmaqdan əl çəksinlər, ya da şirkəti bağlayıb başqa işlə məşğul olsunlar."

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh