Mühərrikdən fındıq anbarı çıxdı – FOTO

Maraqlı 10 Mart 2015 13:42 Oxunub 2705
Mühərrikdən fındıq anbarı çıxdı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Evans dələnin "qara gün ehtiyatı"nı götürəndən sonra mühərik normal işləməyə başlayıb

İngiltərənin Qlosterşir şəhərinin sakini Devid Evans aylardı ki, avtomobilinin bərbad vəziyyətdə çalışmasından şikayətlənirdi. Daha doğrusu, o, Honda Civic markalı avtomobilinin mühərrikinin pis işlədiyini deyirdi. Avtosfer.az xarici mətubata istinadən bildirir ki, Devid nə qədər cəhd göstərsə də, avtomobili 40 km/saat sürətdən artıq nəticə göstərə bilmirdi. Naçar qalan və səbr kasası daşan Evans avtomobilini usta yanına aparanda heyrətlənib. Sən demə, onun avtomobilinin mühərrikində dələ yuva salıbmış və boruları da fındıqla doldurubmuş. Evans dələnin "qara gün ehtiyatı"nı götürəndən sonra mühərik normal işləməyə başlayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh