ABŞ-da təyyarə təcili eniş etdi

Yeniliklər 28 Fevral 2019 14:57 Oxunub 1109
ABŞ-da təyyarə təcili eniş etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarə enəndən sonra ekipajın 4 üzvü xəstəxanaya yerləşdirilib

Çikaqo-Sietl reysini həyata keçirən “Alaska airlines” aviaşirkətinə məxsus “Boeing 737-900” tipli təyyarə Minneapolis-Sent-Pol (Minnesot ştatı) hava limanında təcili eniş edib.

Avtosfer.az-ın  “Qafqazinfo”ya istinadən xəbərinə görə, buna səbəb göyərtədən gələn qoxunun 12 sərnişin və işçilərin nəfəs almasında problem yaratması olub. Göyərtədə ümumilikdə 144 nəfər olub. Təyyarə enəndən sonra ekipajın 4 üzvü xəstəxanaya yerləşdirilib. Aviaşirkətin daha 6 işçisi və 2 sərnişinə yerindəcə tibbi yardım göstərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh