"Liberty Media"nın "Formula 1"də iştirak edən komandalara ödədiyi məbləğ açıqlanıb

Yarışma 1 Mart 2019 13:43 Oxunub 1659
"Liberty Media"nın "Formula 1"də iştirak edən komandalara ödədiyi məbləğ açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Qran-prisi isə 26 - 28 apreldə olacaq

“Formula 1” üzrə dünya çempionatında iştirak edən komandalar ardıcıl ikinci il yarışın sahibi “Liberty Media”dan az pul alıblar. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, 2018-ci il mövsümü üçün 10 komandaya nəzərdə tutulan ümumi məbləğ 919 milyon dollardan 913 milyon dollara düşüb. 2016-cı ildə isə bu rəqəm 966 milyon dollar olub.

Özü də, ödənişlərin azalması “Formula 1”in gəlirlərinin 13 faiz artması fonunda baş verib. Məsələ ilə bağlı “Liberty Media”dan bildirilib ki, komandalar üçün ödənişlərdə düşüşün baş verməsi yarış xərclərinin artması ilə bağlıdır.

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 26 - 28 apreldə olacaq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh