“Xaliq Faiqoğlu” daha bir marşrut xəttində pulsuz Wi-Fi xidməti aktivləşdirib

Yeniliklər 1 Mart 2019 20:24 Oxunub 1667
“Xaliq Faiqoğlu” daha bir marşrut xəttində pulsuz Wi-Fi xidməti aktivləşdirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət 18, 65 və 85 saylı marşrut xəttində də pulsuz internet xidmətini aktivləşdirib

Bu gündən etibarən 61 saylı marşrut xətti üzrə müasir avtobuslarda da sərnişinlər şirkətimizin təqdim etdiyi yeni xidmətdən faydalana bilərlər. MMC-dən Avtosfer.az-a verilən məlumata görə, sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər.

Qeyd edək ki, artıq şirkətimizin istismarında olan 18, 65 və 85 saylı marşrut xəttində də pulsuz internet xidməti aktivləşdirilib. Pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 92-yə çatdırılıb.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh