Metronun 20 stansiyasını SCADA sistemi ilə təmin edəcək şirkət bəlli olub

Yeniliklər 2 Mart 2019 11:46 Oxunub 1213
Metronun 20 stansiyasını SCADA sistemi ilə təmin edəcək şirkət bəlli olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət ilə ƏDV daxil 106 120,50 manat məbləğində satınalma müqaviləsi imzalanıb

“Bakı Metropoliteni” QSC-nin Texnoloji Korpusda və 20 stansiyada SCADA proqramının təminatı əsasında 220Vdəyişən cərəyan və 24V sabit cərəyan şəbəkələrinin elektrik parametrlərinin ötürülməsi işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderin nəticəsi məlum olub.

“Report” rəsmi qəzetə istinadən xəbər verir ki, tenderin qalibi “I.M.S. Engineering Ltd” MMC elan olunub.

Şirkət ilə ƏDV daxil 106 120,50 manat məbləğində satınalma müqaviləsi imzalanıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh