"Seat"-dan ilk elektrokar - FOTO

Avtodünya 2 Mart 2019 12:32 Oxunub 1326
"Seat"-dan ilk elektrokar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2020-ci ildə seriya olacaq

Seat şirkəti ilk elektrik modelinin tizerini dərc edib. Yeni elektrokarın debütü mart ayının əvvəlində işinə başlayacaq cenevrə avtosalonunda baş tutacaqdır. Elektrokar MEB modul platformasında inşa ediləcək və 2020-ci ildə seriyaya gedəcəkdir.

Artıq qeyd etdiyimiz kimi, elektrokar Volkswagen şirkətinin elektrik avtomobilləri üçün hazırladığı MEB modul platformasında inşa ediləcəkdir. Bu platformada Volkswagne şirkətinin I.D. seriyasından olan prototipləri inşa edilib. (Autograph)

 

Seat elektrokarının dolu batareya ilə yürüş məsafəsi 500 kilometr ətrafında olmalıdır. Elektrokar ikinci avtomatlaşdırma səviyyəsinə malik olan ADAS kompleksi (sürücüyə elektron yardım sistemləri) və rabitə sistemlərinin genişləndirilmiş dəsti ilə təchiz ediləcəkdir. 

MEB platforması universal bir arxitekturadır. Bu platformada müxtəlif sinifdən və ölçüdən avtomobillər inşa edilə bilər. Akkumulyatorlar bloku döşəmənin altında yerləşib. Batareyalar gərək olan ölçüdə yığılan fərdi özəklərdən ibarətdir. Batareyalar məişət şəbəkəsinzən, Wallbox divar qurğusundan və sürətli terminallardan yükləməni dəstəkləyir. MEB platformasında elektromotor arxa oxda quraşdırılır. Öndə yüksək gərginlikli elektrik isitmə sistemi, yükləmə qurğusu və soyutma sisteminin radiatoru yerləşir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh