Marsda yeraltı göllər və çaylar var imiş

Maraqlı 2 Mart 2019 18:11 Oxunub 1551
Marsda yeraltı göllər və çaylar var imiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alimlər NASA və ESA-nın Mars peyklərindən əldə edilən məlumatlardan belə nəticə çıxarıblar

Marsın şimal yarımkürəsində yeraltı su axınlarının olduğunu göstərən geoloji izlər tapılıb. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, astronomlar qırmızı planetdə bir-biri ilə bağlı yeraltı göllərin və çayların olduğu qənaətinə gəliblər.

Məlumata görə, alimlər NASA və ESA-nın Mars peyklərindən əldə edilən məlumatlardan belə nəticə çıxarıblar. Araşdırmaçılar hesab edir ki, görüntülərdə şimal yarımkürədə dərin və uzun kraterlərin olması, onların mənsəbində hovuz şəklində oyuqların mövcudluğu bu planetdə milyon illər öncə suyun olduğuna işarədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh