Süpürgəçi tapdığı 400 min dolları polisə təhvil verib

Maraqlı 3 Mart 2019 14:28 Oxunub 1895
Süpürgəçi tapdığı 400 min dolları polisə təhvil verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəşr pulu polisə təhvil verən dürüst süpürgəçinin adını açıqlamayıb

Londonda süpürgəçi avtobusların birində tapdığı 300 min funt sterlinq (təxminən 396 min dollar -red) paytaxt polisinin Britaniya xidmətinə təhvil verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, sərnişinlərdən biri böyük məbləğdə pulu avtobusda qəhvəyi rəngli zərfdə unudaraq nəqliyyat vasitəsini tərk edib. Pulu tapan qadın isə onu polisə verib. Nəşr pulu polisə təhvil verən dürüst süpürgəçinin adını açıqlamayıb. Ancaq qeyd edilir ki, o, Londonun təmizlik xidməti göstərən şirkətlərindən birinin əməkdaşıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh