Şimal Buzlu okeanı 20 il sonra buz örtüyündən məhrum ola bilər

Maraqlı 4 Mart 2019 22:03 Oxunub 1945
Şimal Buzlu okeanı 20 il sonra buz örtüyündən məhrum ola bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə gedərsə, çox güman, məhz birinci variant baş verəcək

Şimal Buzlu okeanının buz papağının sahəsi il ərzində dəyişərək, sentyabrda minimuma çatır. İqlim modelləri proqnozlaşdırır ki, qlobal istiləşmənin indiki sürəti saxlanılsa, təqribən 2050-ci ildə okeanın buz örtüyü uzun illər ərzində ilk dəfə, demək olar, tamamilə əriyəcək, yalnız ümumi sahəsi bir milyon kvadratmetrdən az olan üzən buzlaqlar qalacaq.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Geophysical Research Letters” jurnalının yazdığına görə, bu hadisə daha tez baş verə bilər.

Alimlər “Onillik Sakit okean ossilyasiyaları”na – Sakit okeanın tropik hissələrində 10-30 illik sikl ərzində temperaturun təqribən 0,5 dərəcə istiləşməsi, yaxud soyuqlaşması ilə bağlı dəyişmələrə diqqət yetiriblər. Beş il əvvəl bu sikl istiləşmə fazasına daxil olub. Bu proses uzaq şimalda vəziyyətə təsir göstərir.

Onlar istiləşməyə, həmçinin soyuqlaşmaya yönəldilən IPO-nun köməyi ilə Şimal Buzlu okeanın buz örtüyünün dəyişməsini modelləşdiriblər. Tədqiqat göstərib ki, Sakit okeanın Ekvator yaxınlığındakı zonalarında temperatur hazırda müşahidə olunduğu kimi yüksəlsə, Şimal Buzlu okeanının buz örtüyündən ilk dəfə tam təmizlənməsi indiyə qədər proqnozlaşdırıldığından əvvəl - 2030-2040-cı illər dövründə baş verə bilər.

Müəlliflər vurğulayırlar ki, Şimal Buzlu okeanı buzlarının hazırda əriməsinin əsas səbəbi insanın qlobal istiləşmə fəaliyyəti ilə bağlıdır. Odur ki, okean buzlaqlarının ilk dəfə tam əriməsinin dəqiq tarixi də insanların fəaliyyətindən asılıdır. Parnik qazları tullantılarının yaxın illərdə çoxalması, yaxud azalması nəticəsində bu, daha tez, yaxud daha gec baş verə bilər. Lakin belə gedərsə, çox güman, məhz birinci variant baş verəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh