Ötən il Azərbaycanda istehsal olunan avtomobillərin SAYI

Avtodünya 5 Mart 2019 17:17 Oxunub 2808
Ötən il Azərbaycanda istehsal olunan avtomobillərin SAYI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zavodlarda 1008 ədəd “Khazar” və 278 ədəd “Nazlifan” istehsal edilib

Gəncə Avtomobil Zavodunda 2018-ci ildə 92,8 milyon manatlıq məhsul istehsal edilib. Avtosfer.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib. Sənədə görə, zavodda 1303 ədəd traktor MTZ, 697 ədəd traktor qoşqusu, 100 ədəd URAL, 58 ədəd KAMAZ, 64 ədəd qoşqulu su çəni, 9 ədəd HALLER məişət tullantıları daşıyan maşın və digər xüsusi təyinatlı texnika və digər texniki məmulatlar istehsal olunaraq istehlakçılara təqdim edilib. Bundan əlavə, avtomobil istehsalının digər müəssisələri Neftçala və Naxçıvan avtomobil zavodlarında 1008 ədəd “Khazar” və 278 ədəd “Nazlifan” markalı minik avtomobilləri istehsal edilib.

Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh