Melburnda F1 Qran-Prisinə hazırlıq başa çatır

Yarışma 5 Mart 2019 20:56 Oxunub 1349
Melburnda F1 Qran-Prisinə hazırlıq başa çatır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yürüş martın 17-də olacaq

Formula 1 yarışları üzrə Avstraliya Qran-Prisinin təşkilatçıları bəyan ediblər ki, bu il Melburn şəhərinin Albert parkında azarkeşlər üçün xüsusi yer təşkil olunacaq. M-Lane adlanan bu yerdə əsas iaşə məntəqələri, konsert meydançaları və rəngarəng sərgilər olacaq.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yeni mövsümün yeniliyi göl sahilində yerləşən “Water’s Edge” barı olacaq. Burada yarışların keçiriləcəyi dörd gün ərzində veriləcək içkilərə və qəlyanaltılara əlavə olaraq populyar diceylər çıxış edəcək.

“Australian Grand Prix Corporation” (AGPC) şirkətinin avtomobil idmanı və əyləncə departamentinin rəhbəri Kreyq Fletçer vurğulayıb: “Yeməklər, musiqi, incəsənət və idman Melburnu xarakterizə edən əsas xüsusiyyətlərdir. M-Lane bütün bunların parlaq şəkildə nümayişi üçün ideal meydançadır”.

AGPC mətbuat xidmətinin məlumatında deyilir ki, M-Lane ərazisində rahatlıqla öz yerlərini tutan azarkeşlər dincəlmək və qəlyanaltı etməklə yanaşı, həm də burada quraşdırılmış nəhəng ekranlardan Qran-Pri trasında baş verənləri müşahidə edə biləcəklər. Təklif olunan menyuya gəldikdə isə, onun keyfiyyətinə Melburnun ayaqüstü yeməklər üzrə ixtisaslaşmış ən yaxşı şirkətləri cavabdeh olacaq.

Maraqlıdır ki, təşkilatçılar yürüş uik-endləri zamanı işləmək üşün usta bərbərləri və gözəllik sənayesinin digər təmsilçilərini də dəvət ediblər. Onlar Albert parkın ərazisində özlərinin səyyar salonlarını quracaqlar. Qısası, azru edən azarkeşlər trasın birbaşa yaxınlığında öz xarici görkəmlərini qaydaya sala biləcəklər.

Eyni zamanda, yürüş halqasının hazırlanması, xüsusən yaxın vaxtlarda onun start-finiş hissəsində hasarların quraşdırılması üzrə işlər başa çatmalıdır.

Ənənəvi olaraq, mövsümün ilk Qran-Prisi Avstraliyada start götürür. Melburn avtodromunda yürüş martın 17-də olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh