Alimlərin ömürlərinin uzun olmasının sirri nədədir?

Öyrənək 6 Mart 2019 23:13 Oxunub 2178
Alimlərin ömürlərinin uzun olmasının sirri nədədir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əgər ruh sağlam olarsa, cisim də sağlam və güclü olar

Bəzən insanlarda belə bir sual meydana gəlir ki, niyə din alimləri başqa insanlardan fərqli olaraq daha uzun ömürə malik olurlar?

Avtosfer.az deyerler.org-a istinadən bildirir ki, bu gün tibbi elmi insan ömrünü uzada bilən bir çox amilləri araşdırmaqdadırlar. Adətən bu tədqiqatlar insan cismi ilə bağlı olur.

Misal üçün deyirlər ki, vaxtında yatmaq və səhər tez durmaq, idman etmək, düzgün qidalanmaq və s. insan ömrünü uzada bilər.

Ancaq bunu qeyd etməliyik ki, insan ömrünün uzanması üçün cismi amillərin olması kifayət deyildir. İnsan ruhunun da sağlam və hüzurlu olması mühüm şərtlərdəndir. O cümlədən həyatdan ləzzət almaq, düzgün ictimai rabitələrə malik olmaq, mütaliə, həyata ümid bəsləmək və bir çox bu kimi.

Əgər din alimlərinin həyatına nəzər salsaq, görərik ki, bəzi yeməklərdən çəkinməkləri, daima mütaliə halında olmaqları, dünyaya ürək bağlamamaqları və s. - ömürlərinin uzun olmasına təsir edən amillərdəndir. Amma, əsil səbəb ayrıdır. Dinimiz buyurur ki, insan həyatında ruhanilik nə qədər çox olarsa, ömrü də bir o qədər uzanar.

Misal üçün, dinimiz buyurur ki, həsəd aparma - çünki həsəd sənin ömrünü zəhərə çevirər. Hərislik etmə - çünki hərislik səni dünyaya bağlayar. Allahla daima rabitədə ol və Ondan ilham al. Əgər ruh güclü olarsa, cisim də güclü olar.

Bu səbəbdən deyə bilərik ki, insan ömrünün uzun olması üçün hansısa əlahiddə dərman yoxdur. Din alimlərinin vacibatlara, müstəhəbatlara, Allahın buyurduqları əxlaqi fəqilətlərə əməl etməkləri və rəzilətlərdən uzaq olmaqları -  onların ömrünü uzun edər. Onların sadə həyatı ruhlarının daima sağlam qalmasına yardım edər. (Tebyan)

Əgər ruh sağlam olarsa, cisim də sağlam və güclü olar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh