Meksika Qran-Prisinin promouterləri 2020-ci il üçün müraciət etməyiblər

Yarışma 6 Mart 2019 22:43 Oxunub 1461
Meksika Qran-Prisinin promouterləri 2020-ci il üçün müraciət etməyiblər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Təşkilatçılar 2020-ci il mövsümündə yürüşlərin vaxtının qorunması hüququnu itirdilər”

Meksika hökuməti Formula 1 yürüşlərinə bundan sonra büdcə vəsaiti ayırmaq fikrində deyil. Bu populyar yürüşlərin təşkilatçıları indi daha çətin vəziyyətə düşüblər: onlar 2020-ci il üçün müraciətlərin qəbulunun ən son müddətini ötürüblər.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, əslində bu, meksikalı promouterlərin “Liberty Media”ya zəruri maliyyə zəmanəti təqdim etməməsini göstərir. Hazırkı müqaviləyə görə, bu məsələ fevralın sonunadək icra olunmalı idi.

Bununla belə, o demək deyil ki, Mexikoda yürüşlər 2019-cu ildə sonuncu ola bilər, çünki manevr üçün hələ vaxt mövcuddur və nəzəri cəhətdən onlar razılığa gələ bilərlər.

Meksikalı promouterlər öz Qran-Prilərinin xilasından ötrü bütün güclərini sərf edirlər. Lakin onlar etiraf etməyə məcburdurlar ki, hadisələr hələ də həyəcanlı ssenari üzrə cərəyan edir.

“Təşkilatçılar 2020-ci il mövsümündə yürüşlərin vaxtının qorunması hüququnu itirdilər. Lakin həm Formula 1, həm də ölkəmizin hakimiyyət orqanları ilə danışıqlar davam edir. Biz münasib alternativ variantlar tapmaq arzusundayıq”, - deyə dərc olunan bəyanatda bildirilir.

Bu il, həmçinin İspaniya, Böyük Britaniya, Almaniya və İtaliyada yürüşlərin keçirilməsi ilə bağlı müqavilələrin müddəti bitir. Əgər “Liberty” bu mərhələlərin promouterləri ilə güzəştə nail olmasa, o zaman birbaşa bir neçə klassik Avropa Qran-Priləri təhlükə ilə rastlaşacaq.

Bu vəziyyətdə Beynəlxalq Avtomobil Federasiyasının Ümumdünya Şurasının gələn həftəyə planlaşdırılan iclasında Formula 1-in təqvim məsələsinin müzakirəsi adəti üzrə olduğundan bir qədər əvvəl başlaya bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh