Bu keçiddə piyadaların həyatı təhlükə qarşısında - VİDEO

Xəbərlər 11 Mart 2015 14:11 Oxunub 1584
Bu keçiddə piyadaların həyatı təhlükə qarşısında - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəfələrlə piyadavurma hadisəsi olsa da, aidiyaatı orqanlar nəzarəti gücləndirmirlər

Bu yol magistral yol deyil. Sumqayıt şəhəri - 11-ci mikrarayonla 9-cu mikrarayonu ayıran Koroğlu prospektidir. Avtosfer.az xəbər verir ki, bu yolda maksimum sürət həddi saatda 50 km-dir. Ən əsası, 31 saylı məktəbin yaxınlığında yerləşən bu yoldan gündə yüzlərlə şagird və sakin istifadə edir. Piyada keçidi və hər iki yolda piyada keçidinin olmasını bildirən işarə olsa da, əksər sürücülər buna məhəl qoymur.

Sakinlərin bildirdiyinə görə, həmin ərazidə dəfələrlə piyadavurma hadisəsi olsa da, aidiyaatı orqanlar bu keçidə nəzarəti gücləndirmirlər.

 

Samir

ŞƏRH YAZ
Ad

E-mail

Şərh