Dəhşətli qəza; «04» qayda pozub kül oldu - VİDEO

Avtoreyd 11 Mart 2015 16:56 Oxunub 7493
Dəhşətli qəza; «04» qayda pozub kül oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində «04»ün sürücüsü ağır xəsarət alıb

Bu gün Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, Sumqayıt istiqamətində hərəkətdə olan «VAZ-2104» markalı avtomobil qəflətən geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman arxadan «Ford-Transit» markalı yük avtomobili «04»ü ortadan vurub. Nəticədə «04» yerindəcə alışmağa başlayıb. Bir neçə dəqiqə ərzində avtomobil tam yanaraq yararsız vəziyyətə düşüb. Əraziyə gələn yol polisi əməkdaşları yolda təhlükəsizliyi təmin ediblər. Qəza nəticəsində «04»ün sürücüsü ağır xəsarət alıb.

 

Samir

ŞƏRH YAZ
Ad

E-mail

Şərh