Tanınmış həkim təcili yardım maşınında öldü - FOTOLAR

Gündəm 11 Mart 2015 17:59 Oxunub 10340
Tanınmış həkim təcili yardım maşınında öldü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda dəhşətli qəzada ölən şəxs Tusi Klinikasının baş həkim müavini idi

Yasamal rayonunda ağır yol qəzasında dünyasını dəyişən şəxs tanınmış tibb işçisi imiş. Avtosfer.az-ın modern.az-a istinadən məlumatına görə, "Nissan" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində vəfat edən Xalid Umudovun N.Tusi adına Klinikanın direktor müavini olduğu məlum olub. Bilidirlir ki, X.Umudovun olduğu avtomobil Badamdar şossesindən Mikayıl Müşfiq küçəsinə doğru hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Qəza zamanı arxa oturacaqda olan Xalid Umudov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Onun xilas edilməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Onlar xüsusi alət və avadanlıqların köməkliyi ilə yaralını avtomobildən çıxarıb və X.Umudov xəstəxanaya aparılıb. Lakin tanınmış həkimi xilas etmək mümkün olmayıb. X.Umudov təcili yardım maşınında keçinib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh