Amsterdam səmasında UNO göründü - VİDEO

Maraqlı 7 Mart 2019 21:45 Oxunub 1433
Amsterdam səmasında UNO göründü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu obyekt yadplanetli gəmidən başqa amerikalıların məxfi üçbucaq “TR3B” təyyarəsi ola bilər

Amsterdam səmasında üçbucağa bənzəyən UNO görünüb. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, görüntülər bir müddət əvvəl çəkilsə də, müəllif bir-iki gün əvvəl kadrları internetə yükləyib. Ağ üçbucaqlı UNO buludlrın arasında hərəkət edir, ləng dönüşlər edir və bəzən tərpənməz dayanır. İlk baxışdan da onun küləyin havaya qaldırdığı kağız və ya plastik paket kimi görünür.

Amma sonradan obyekt elə bir hərəkət edir ki, onun nə küləyin havaya qaldırdığı zibil, nə çərpələng, nə də PUA olduğu üzə çıxır. Bir saniyə ərzində obyekt parlaq sarı işıq buraxaraq çox yüksək sürətlə yoxa çıxır.

Video görüntülərin müəllifinin fikrinə əsasən, bu obyekt yadplanetli gəmidən başqa amerikalıların məxfi üçbucaq “TR3B” təyyarəsi ola bilər. Deyilənlərə görə, bu təyyarə Rouzvelldə vurulan UNO texnologiyası əsasında istehsal edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh