Bir dəqiqədə 1000 manatlıq qayda pozan "Niva" sürücüsü - 10 NJ 666 - VİDEO
Avtosfer TV 8 Mart 2019 14:07 7035 dəfə oxunub
Bir dəqiqədə 1000 manatlıq qayda pozan "Niva" sürücüsü - 10 NJ 666 - VİDEO
Üç kobud qayda pozuntusu var

Redaksiyamıza göndərilən videoda 10 NJ 666 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobilin çoxlu sayda qada pozuntuları əks olunub.

Avtosfer.az xəbər verir ki, 06.03.2019-cu il, saat 16:00 radələrində Vaqif küçəsində hərəkətin sıx olduğu bir zaman  sürücü İnzibibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozur (manevr etmə qaydalarının pozulması - 40 AZN)  hərəkətin digər iştirakçılarına kobud şəkildə təhlükə yaradır. Sürücünün qayda pozuntuları bununla kifayətlənmir.

Belə ki, sürücünün İnzibati Xətalar Məclləsinin 342.2.4 (Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə - 150 AZN) və 342.9 (Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilmə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək )  maddələrinin tələblərini pozduğu açıq şəkildə müşahidə edilir.

Videonun müəllifi Avtosfer.az-a bildirib ki, artıq “Niva”nın sürücüsündən DYP-nə rəsmi şikayət edərək, səbəbkarın cəzalanması haqqında rəsmi məktub ünvanlayıb.

Qeyd edək ki, son zamanlar bahalı nömrəsi  olan “Niva” markalı avtomobillərinin sürücülərinin, qanunla qadağa edilən vasitələrdən geniş istifadəsi və eyni zamanda hərkət iştirakçılarına təhlükə yarada biləcək manevrlər edərək avtomobili idarə etmələri artıb. Belə xoşagəlməz və neqativ halların aradan qalıdırlması üçün DYP-nin lazımı tədbirləri görəcəyinə əminik.

Videonu təqdim edirik:

Rüstəm

 

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh