Bakıda taksi sürücülərinə yeni cərimələr

Gündəm 12 Mart 2015 11:30 Oxunub 1828
Bakıda taksi sürücülərinə yeni cərimələr
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“London taksi”lərinin sürücüləri bundan sonra daha diqqətli olmalıdır

Bakıda xidmət göstərən “London taksi”lərinin sürücülərinə xüsusi cərimələr tətbiq olunub. 

Avtosfer.az anspress-ə istinadən məlumat verir ki, yeni tətbiq olunan cərimələrin məqsədi taksi sürücülərinin işlərinə daha məsuliyyətli xidmət etməsinə hesablanıb.

Avropa Oyunları ərəfəsində xidmətin səviyyəsini yüksəltmək məqsədilə tətbiq olunan cərimələrin növünə görə qiymətləri də dəyişir.

Yeni qəbul olunmuş qaydalara görə, əgər sürücünün üzü tüklü olarsa, onu 10 manat cərimə edəcəklər. Yağışlı günlər istisna olmaqla, taksini çirkli saxlayan, siqaret çəkən, nəzərdə tutulan saydan çox sərnişin və yük daşıyan taksi sürücüləri də 10 manat cərimə olunacaq.

Geyim formasını pozan sürücülər isə 30 manat cərimələnəcək. Eyni zamanda qısa məsafəyə getməkdən imtina edən və sifariş qəbul etdikdən sonra, həmin əraziyə getməkdən əsassız imtina edən sürücülər də 30 manat cərimələnəcək.

Bundan başqa, taksi sürücüsü sayğacdan istifadə etmədən sərnişin apararsa, bu zaman ondan qayda pozduğuna görə 50 manat alınacaq. Eyni zamanda sürücü yük yerində sərnişin apararsa, müştərilə kobud rəftar edərsə və müştəridən gedişhaqqından artıq pul alarsa, bu zaman o, 50 manat cərimələnəcək. Yeni qaydaya görə, sürücü 50 manat əlavə xərcə düşmək istəmirsə, baş verən yol qəzası haqqında rəhbərliyə dərhal məlumat verməlidir.

Təzə qaydalara görə, “London taksi” sürücüsü avtomobilə quraşdırılmış işıqlı posterlərin korlanması səbəbində 100 manat ödəməlidir. Taksi sürücüsü 200 manat cərimələnmək istəmirsə, o zaman avtomobili başqasına verməməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh