8 Martda qadınlara özəl vaqon - FOTO

Maraqlı 8 Mart 2019 20:30 Oxunub 1537
8 Martda qadınlara özəl vaqon - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu yenilik məmnunluqla qarşılanıb

Şri Lankada ictimai nəqliyyatda baş verən təcavüzü aşağı səviyyəyə endirmək üçün qadınlara xüsusi bölmələr açılıb. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bu yeniliyi Nəqliyyat və Mülki Aviasiya Nazirliyi, 8 Mart Qadınlar Günü münasibəti ilə etdiyini bildirib.

Qatarlarda təcavüzün yaşanmaması üçün yalnız qadınlara özəl vaqonların hazırlandığını bildirən nazirlik, artıq bu gündən bölmələrdən istifadə edə biləcəklərini söyləyib.

Ölkə daxilində bu yeniliyi qadınlar məmnunluqla qarşılayıblar.

Qeyd edək ki, Yaponiya başda olmaqla, bir çox ölkədə bu cür xüsusi yerlərdən illərdir istifadə olunur.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh