Bakıda yol-hərəkət qaydalarını belə pozurlar - FOTO-VİDEO

Gündəm 12 Mart 2015 14:42 Oxunub 4127
Bakıda yol-hərəkət qaydalarını belə pozurlar - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nişanlar quraşdırılsa da, bir çox sürücülər onun tələbinə məhəl qoymur

Ş.İ.Xətai prospektindən Ramstor qovşağı vasitəsilə H.Əliyev prospektinin əsas yoluna, eyni zamanda Y.Səfərov küçəsindən və Babək prospektindən H.Əliyev prospektinin köməkçi hissəsinə daxil olan  nəqliyyat vasitələri manevr edən zaman həmin ərazidə görüntü imkanları məhdud olduğu üçün böyük çətinliklərlə qarşılaşırdı. Buna görə də görüntünün daha aydın olduğu ərazidə - təxminən 250 metr qarşıda 25 metr məsafədə ayırıcı zolaq götürülərək əsas yoldan köməkçi yola maneəsiz keçmək üçün xüsusi yer hazırlanıb və burada hərəkət istiqamətini göstərən nişanlar quraşdırılıb. Lakin hərəkət istiqamətini göstərən nişanların quraşdırılmasına baxmayaraq, bir çox sürücülər onun tələbinə məhəl qoymur.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC həmin ərazidəki qayda pozuntularını əks etdirən kadrları təqdim edir.

 

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh