Pleyboyun sürücülük vəsiqəsini aldılar; bu maşına görə - FOTO

Avtoxəbər 13 Mart 2015 15:45 Oxunub 3195
Pleyboyun sürücülük vəsiqəsini aldılar; bu maşına görə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhəmməd Şərif atasına məxsus “McLaren” avtomobilini “Hyde Park”da içkili halda idarə edərmiş

Ərəbistan pleyboyu kimi tanınan 22 yaşlı Məhəmməd Əl-Şərif atasına məxsus, 168 min 500 dollar dəyərində olan “McLaren” avtomobilini “Hyde Park” məkanında içkili halda idarə edərəkən saxlanılıb. Avtosfer.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, polislər yol hərəkəti qaydasını pozan Məhəmməd Əl-Şərifi saxlayanda onun ayaq üstə dura bilmədiyini və kəkələdiyini görərək içki testi ediblər. Nəticədə onun həm içki, həm də narkotik maddə qəbul etdiyi aşkarlanıb. Qanun pozuntusuna görə gənc pleyboya 400 dollar cərimə yazılıb, üstəlik, 12 ay müddətində sürücülük hüququndan məhrum edilib. 

Qeyd edək ki, pleyboyun idarə etdiyi “McLaren” markalı maşın ilin mükafatları mərasimində Orta Şərqin “ən möhtəşəm super maşını» seçilib.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh