Qəzadan sonra mübahisə edənləri maşın vurdu: 3 ölü, 5 yaralı - FOTO

Avtosfer Foto 10 Mart 2019 14:55 Oxunub 3339
Qəzadan sonra mübahisə edənləri maşın vurdu: 3 ölü, 5 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda iki maşının iştirakı ilə baş verən qəzadan sonra, mübahisə edən tərəfləri maşın vurub. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzada avtomobillərə ciddi ziyan dəyib. Bu səbəbdən də hər iki maşının sürücüsü və içində olan şəxslər arasında mübahisə yaranıb. Mübahisə zamanı hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq onlara çırpılıb və yola tullayıb. Dəhşətli qəzada 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Hadisə yerinə tibb, polis və xilasetmə briqadaları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə Siverek Rayon Xəstəxanasına aparılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh