Azərbaycanlının “Rolls-Royce”nu müsadirə etdilər - FOTO

Gündəm 12 Mart 2015 17:27 Oxunub 3260
Azərbaycanlının “Rolls-Royce”nu müsadirə etdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin dəyəri 202 min dollardan yuxarıdır

Avtosfer.az xəbər verir ki, Qomel vilayətinin (Belarus Respublikası) iqtisadi məhkəməsi “Rolls-Royce”un daşınması ilə məşğul olan şirkəti administrativ hüquq pozuntularına dair Məcəllənin m.12.17 b.4 qanunvericilik üzrə müəyyən edilmiş yük daşıma qaydalarının pozulması (belə hallarda qanunvericilik tərəfindən nəzərdə tutulmuş sənədlərin olmaması) üzrə administrativ hüquq pozulmasına yol verməsində günahkar bilib və avtomobilin müsadirə edilməsi ilə, baza ölçüsünün 30 mislində cərimə təyin edilib. Qərar qanuni qüvvəyə minməyib və 10 gün ərzində şikayət etmək mümkündür. Söhbət ölkəyə “Rolls-Royce Phantom” markalı avtomobilin idxalından gedir bu barədə oxu.az auto.tut.by-a istinadən xəbər verir.  

2015-ci il  fevral ayının 19-da “Novaya Quta” gömrük qeydiyyatı məntəqəsinə “Rolls-Royce Phantom” daşıyan DAF yük maşını gəlib. Qomelsk gömrük məntəqəsinin əməkdaşları yoxlama zamanı sürücüdə bəzi lazımi sənədlərin – CMR əmtəə-nəqliyyat qəbzinin olmadığını aşkar ediblər. Lüks avtomobil Azərbaycan vətəndaşına aiddir. O, mütəmadi olaraq Türkiyədə yaşayır. Bu dəfə ora təyyarə ilə uçan kişi, öz avtomobilini yerüstü nəqliyyat ilə yollayıb. Qomelsk gömrüyünün nümayəndəsi vurğulayıb ki, inzibati hüquq pozuntusu təşkilatın fəaliyyətində aşkar edilib, ona görə də cəzanı şirkət çəkməlidir. Belə ki, maşın yükdaşıyan şirkətə məxsus deyil, maşının sahibi üçüncü (Azərbaycan vətəndaşı) şəxsdir. Qomelsk gömrük nümayəndəsinin dediyinə görə, qayda pozuntusu 1993-cü ildə Belarus Respublikasında dəyişdirilmiş 1956-cı il yük daşımaya dair beynəlxalq Konvensiyanın qanunlarına uyğun gəlir.

Təşkilatın yükdaşıma xidməti təklif etdiyi malın şirkətə deyil, üçüncü şəxsə aid olması səbəbindən, maşın “yük” kimi müəyyən edilir. Deməli, müvafiq sənədlər: göndərən və alanın lazımi rekvizitləri göstərilməklə beynəlxalq əmtəə-nəqliyyat qəbzi olmalı idi, burada yüklənmənin və boşaldılmanın yeri, eləcə də daşınan yükün xarakteristikası göstərilməli idi.

Məhkəmə iclası zamanı “Rolls-Royce” sahibinin vəsatəti də səsləndirilib. Məhkəməyə müraciət edən kişi qeyd edib ki, sənədin olmaması Belarusun maraqlarına böyük zərər vurmayıb və müsadirə edilən avtomobilin dəyərini xatırladıb. Azərbaycan vətəndaşı həmçinin, daşıyıcı şirkətin günahı sübut edildiyi halda, onun nəqliyyat vasitəsinin müsadirə edilməməsini xahiş edib.

Bununla yanaşı, Qomelsk əyalət İqtisadi məhkəməsi yükdaşıma xidmətləri təklif edən MMC-ni administrativ hüquq pozuntularına dair Məcəlləsinin m.12.17 b.4 qanunvericilik üzrə müəyyən edilmiş yük daşıma qaydalarının pozulması (belə hallarda qanunvericilik tərəfindən nəzərdə tutulmuş sənədlərin olmaması) üzrə administrativ hüquq pozulmasına yol verməsində günahkar bilib və avtomobilin müsadirə edilməsi ilə, baza ölçüsünün 30 mislində (5,4 milyon Belarus rublu – 381 manat) “Rolls-Royse”un dəyərində 3 milyard Belarus rublu (202 min dollar və ya 212 min manat) dövlət xeyrinə müsadirə cərimə təyin edilib.

Cərimənin və avtomobilin dəyərinin ödənilməsinə qədər nəqliyyat vasitəsinə həbs qadağası qoyulub. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh