İrəvan sakini maşınını meriya binası önündə yandırmaq istədi - VİDEO

Maraqlı 11 Mart 2019 08:54 Oxunub 1531
İrəvan sakini maşınını meriya binası önündə yandırmaq istədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü avtomobilinə benzin tökərək yandırmağa çalışıb

Ermənistan vətəndaşı hökumətə etiraz əlaməti olaraq özünün “Niva” markalı avtomobilini paytaxt İrəvanın meriya binası önündə yandırmağa cəhd edib.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, narazı sakin maşınını meriya binasının pilləkənləri ilə sürərək əsas giriş qapısının önündə saxlayıb və uzun müddət orada dayanıb. 

 

Daha sonra sürücü avtomobilinə benzin tökərək yandırmağa çalışıb, lakin buna müvəffəq olmayıb. Hadisə yerinə Ermənistan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis işçiləri cəlb edilib. Aydın olub ki, vətəndaşın bu addımı səbəbi İrəvan meriyasının onun mağazasını sökmək niyyəti ilə əlaqədardır. 


 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh