Qoşa seriyalı nömrə olanda "protiv" getməyə "icazə var" - VİDEO

Qaydalar 11 Mart 2019 09:06 Oxunub 1748
Qoşa seriyalı nömrə olanda "protiv" getməyə "icazə var" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Düşünmək lazımdır ki, bu insanı qəzadan qorumur

Paytaxtın Şah İsmayıl Xətai küçəsində qaydaları kobud şəkildə pozan sürücü Avtosfer.az-ın kameralarına düşüb. Belə ki, 90 VV 799 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qarşı yola çıxaraq əks istiqamətdə hərəkət edir. Bununla da yol hərəkəti qaydalarını kobud şəkildə pozur. 

Eyni zamanda özü və digər sürücülər üçün təhlükə yaraddır. Ümid edirik ki, DYP əməkdaşları bu sürücünü aşkarlayaraq 100 manat və 4 bal cərimə tətbiq edəcəklər. Amma sürücüyə bir daha bildirmək istərdik ki, qoşa seriyalı nömrə, bahalı avtomobil və pul insanı qəzadan sığortalamır.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh