Uşaq atasının avtomobilini qaçırdı: 4 yaralı, 10 maşına isə... - VİDEO
Qaydalar 11 Mart 2019 18:21 819 dəfə oxunub
Uşaq atasının avtomobilini qaçırdı: 4 yaralı, 10 maşına isə... - VİDEO
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb

İstanbulun İkitelli rayonunda atasının avtomobilini qaçıran uşaq küçəni biri-birinə qatıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, 13 yaşlı uşaq dostları ilə birlikdə atasının maşınını qaçıraraq yolda sürməyə çıxıblar. Uşaq avtomobili ilə dar küçədə yolun sağında-solunda dayanan nəqliyyat vasitələrinə sürtə-sürtə irəliləyib və sonra da park edilmiş maşına çırpılaraq dayanıb. O, həmçinin səkidə gedən 4 nəfərə də xəsarət yetirib. Qəzada 10 avtomobildə maddi ziyan meydana gəlib.

Hadisə yerinə polis və tibb əməkdaşları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətinin normal olduğu bildirilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh