Bakıdakı bu tikililər söküləcək – Yol salınır - FOTO

Gündəm 13 Mart 2015 12:03 Oxunub 2330
Bakıdakı bu tikililər söküləcək – Yol salınır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tikinti altına düşən maneələr barədə məlumatların toplanılmasına başlanılıb

Yaxın vaxtlarda Bakının Şəfayət Mehdiyev küçəsinin Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hisəsinin 4 hərəkət zolağına uyğun yenidənqurulması gözlənilir. Avtosfer.az xəbər verir ki, “Azəryolservis” ASC-nin yaydığı məlumata görə, hazırda tikinti altına düşən maneələr (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) barədə məlumatların toplanılmasına başlanılıb. Sözügedən yolun salınması ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC aidiyyatı qurumlardan cəmiyyət ilə razılaşdırmadan həmin ərazidə həyata keçirilən bütün növ tikinti işlərinin dayandırılmasını xahiş edir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh