Gömrükçülər "Mercedes Benz"dən görün nələr aşkarladı - VİDEO

Qaydalar 11 Mart 2019 15:23 Oxunub 1460
Gömrükçülər "Mercedes Benz"dən görün nələr aşkarladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. Nəticədə, nəqliyyat vasitəsinin salonunda, arxa oturacağının söykənəcəyində və sağ sol qanadlarda xüsusi düzəldilmiş saxlanc yerindən üzərində "Triangle Cracker" yazısı olan 1900 ədəd, üzərində "Piratki" yazısı olan 2250 ədəd pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh