Xanım sürücünün yolunu kəsdi, hələ əl-qol da atır - VİDEO

Avtoreyd 14 Mart 2015 00:55 Oxunub 7634
Xanım sürücünün yolunu kəsdi, hələ əl-qol da atır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda kobud qayda pozan daha bir sürücünün videosu yayıldı

Bakıda xanım sürücüyə qarşı kobudluq edərək yol-hərəkəti qaydalarını kobudcasına pozan, üstəliku, qəza şəraiti yaradan sürücünün görüntüləri yayılıb. Avtosfer.az saytına müraciət edən xanım sürücü martın 12-də, saat təxminə 18 radələrində Qara Qarayev prospektindən üzü "Romance Palace"yə  - Özbəkistan küçəsinə tərəf dönərkən "VAZ 2107" markalı, 90 BE 732 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün onun yoluna çıxaraq qəza şəraiti yaratdığını bildirib. Qoşa xəttin tələbini pozan "07"in sürücüsü qarşı yola çıxaraq qəza şəraiti yaratmaqla yanaşı, nəqliyyat vasitələrinin bu yolda normal hərəkətinə mane olmaqla bir müddət yolda tıxacın yaranmasına səbəb olub.

Avtosfer.az saytı olaraq həmin görüntüləri sizlərə təqdim edirik. Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi qayda pozaraq qəza şəraiti yaradan sürücü ilə bağlı lazımı tədbir görəcək...

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh