Martın 14-nün hava proqnozu açıqlanıb

Gündəm 13 Mart 2015 12:53 Oxunub 1293
Martın 14-nün hava proqnozu açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq

Şənbə gününə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, martın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.

Martın 14-də Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı, gecə və axşam əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh