“Beyin insan dərk etməzdən daha öncə qərar qəbul edir”
Maraqlı 12 Mart 2019 23:43 427 dəfə oxunub
 “Beyin insan dərk etməzdən daha öncə qərar qəbul edir”
Yeni Cənubi Uels Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində bu qərara gəliblər

İnsan beyni iki alternativ seçimdən biri arasında qəti qərarı insan özü bunu dərk etməzdən öncə verir. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Yeni Cənubi Uels Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində bu qərara gəliblər.

Neyrobioloqlar tomoqraf vasitəsi ilə 14 iştirakçı üzərində eksperiment aparıblar.

İştirakçılar verilən suala iki cavabdan birini 20 saniyə ərzində seçərək, qarşıdakı düyməyə basmalı idilər.

Məlum olub ki, beyin qərar verməzdən 11 saniyə öncə aktivləşib. Başqa sözlə, insan beyni qərar verməkdə insanı qabaqlayıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh