Səmada qeyri-adi səs - VİDEO

Maraqlı 12 Mart 2019 23:25 Oxunub 1397
Səmada qeyri-adi səs - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda bu tip xəbərlər sosial şəbəkələrdə getdikcə artmaqdadır

Slovakiya sakini Martin Mikuaş öz "YouTube" kanalında müəmmalı video çarx yayımlanıb. Avtosfer.az ölkə.az-a istinadən bildirir ki, Martinin sözlərinə əsasən, günün günorta çağı səmadan qəribə səslər eşidilib. Səsi eşidən slovakiyalı mobil telefonunu çıxararaq baş verənləri lentə alıb. Mikuaş anomal səsin nə olduğunu başa düşmür. Amma o, bilir ki, bu tip səslər tez-tez dünyanın bir sıra ölkələrində də eşidilir.

Bu, həqiqətən də belədir. Son illər bənzər hadisələr baş verir və alimlər hələ də bunu izah edə bilmirlər. Hazırda bu tip xəbərlər sosial şəbəkələrdə getdikcə artmaqdadır.

Bəzi sosial şəbəkə istifadəçilərinin fikrinə əsasən, bu səslər yadplanetlilərə məxsusdur. Digərləri isə söhbətin mistik və ya dini olduğuna inanır. Ortodoksal alimlər də bu səslərin litosfer təbəqələrinin hərəkəti nəticəsində yarandığını qeyd edirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh